Press "Enter" to skip to content

“Cinema Talks” (“Kino müzakirələri”) panel müzakirə

“Cinema Talks” (“Kino müzakirələri”) panel müzakirə

BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə martın 10-da saat 10:00-da Heydər Əliyev Mərkəzində kino sənayesi nümayəndələrinin iştirakı ilə “Cinema Talks” (“Kino müzakirələri”) adlı panel müzakirəsi keçiriləcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Nazirliyin “Yaradıcı Azərbaycan” layihəsinin tədbirlər planı çərçivəsində təşkil olunacaq müzakirə zamanı Azərbaycan kino sənayesinin gələcək inkişaf perspektivləri, mövcud çağırışlar və beynəlxalq əməkdaşlıq imkanları barədə geniş diskussiya aparılacaq”.

Sonra xəbərdə, “tədbirdə Azərbaycan kino sənayesindəki mövcud vəziyyəti təhlil olunacaq, eyni zamanda, film istehsalı, bu sahədə infrastrukturun inkişafı və beynəlxalq əməkdaşlıq məsələləri diqqət mərkəzinə çəkiləcək. Paneldə həmçinin kinofestivalların və kino fondlarının müştərək istehsal üçün platforma kimi rolu, beynəlxalq müştərək filmlərin çəkilişindəki prioritetlər, kinoteatr infrastrukturunun inkişafı, regionlarda yeni kinoteatrların açılması, dublyaj sənayesinin dəstəklənməsi, “Baku Cinema Breeze” (BCB) kimi festivalların təşkilinin əhəmiyyəti, Türk dünyası ilə kino sahəsində birgə istehsalın (koproduksiya) təşviq olunması və digər mövzular üzrə fikir mübadiləsi aparılacaq” deyə qeyd olunur.

Paneldə satış potensialı məhdud olan filmlərin istehsalına dəstək sisteminin yaradılması, yerli filmlərə olan tamaşaçı marağının artırılması üçün effektiv mexanizmlərin tətbiqi və xarici kino istehsalçılarının Azərbaycan ərazisində kino istehsalı istiqamətindəki potensial imkanlarının müzakirəsi də nəzərdə tutulur. Kino sənayesində çalışan rejissorlar, prodüserlər, aktyorlar, ssenaristlər, investorlar və kinoya maraq göstərən digər şəxslər üçün “Cinema Talks” yeni əməkdaşlıqlar qurmaq və fikir mübadiləsi aparmaq baxımından mühüm platforma rolunu oynayacaq.

“Cinema Talks”da iştirak etmək üçün linkdən qeydiyyatdan keçmək lazımdır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.