BAYRAQDAR MEDİA – Uşaqlar üçün elmi-kütləvi dərgi olan “Balabilgə”nin 4-cü sayı işıq üzü görüb.
BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, dərgi “Alimləri tanıyaq” rubrikası altında yayımlanan “Anlaşılmaz dahi” yazısı ilə başlayır: “Materialın müəllifi Rəna Abbasovadır. Cavad Nur “Bir gün bir filmə baxdım…” rubrikası altında “Dostluğun virtual qalası”ndan danışır. Ardınca Vəfa Alışzadə “Gəl STEAM oynayaq”rubrikasında “Musiqi və kodlaşdırmanı birləşdirən robot” yazısında “Matatalab”dan söz açır”.
Məlumatda deyilir ki, balaca oxucular “Qəribə canlılar” rubrikasında Günel Rəcəb və Ləman Abdullayevanın qələmində ixtiraçı tutuquşu Brüs, Darvinin başmağı və şüşə qurbağalarla tanış ola biləcəklər: “Bundan başqa, Söner Öztürkün tədimatında kod kopiyalama və kod tamamlama ilə tanış olmaq mümkündür. Rəna Abbasova “Tarixi elmi ixtiralar” rubrikasında “Bəşər tarixini dəyişən ixtira”nı təqdim edir. “İqlim sənin əlindədir” rubrikasında Katerina Terletska və Dmitri Kuzmenkonun müəllifliyi ilə “Dəniz səviyyəsinin qalxması”ndan danışılır. Vəfa Alışzadə “Müasir elmi ixtiralar” rubrikasında “Vətəndaşlıq alan ilk robot”dan, Günel Rəcəb isə “Kitabını göstər” rubrikasında Bilgənin mühəndisliyə maraq göstərməyindən söz açır”.
Dərgidə, həmçinin Nizami Hüseynov “Krossvord” rubrikasında oxucuları sınağa çəkir: “Bundan başqa, o, balabilgələrə interaktiv söz oyununu təqdim edir.
Qeyd edək ki, 8 yaşdan yuxarı oxucular üçün nəzərdə tutulan dərgi Hədəf STEAM Liseyinin Elmi-Metodiki Şurasının tövsiyəsi ilə dərc olunur”.
İlk şərhi yaza bilərsiniz