BAYRAQDAR MEDİA – Azərbaycanın A millisi Haiti yığması ilə qarşılaşacaq.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) daxil olub.
Xəbərdə deyilir ki, “görüş martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Matçın başlama saatı barədə daha sonra məlumat veriləcək”.
Qeyd edək ki, Azərbaycan millisi martın 25-də Belarus, iyunun 7-də Latviya, iyunun 10-da isə Macarıstan yığması ilə yoldaşlıq görüşü keçirəcək.
İlk şərhi yaza bilərsiniz