Press "Enter" to skip to content

Azərbaycan cüdoçuları Yaponiyada təlim-məşq toplanışında

Azərbaycan cüdoçuları Yaponiyada təlim-məşq toplanışında

BAYRAQDAR MEDİA – Azərbaycan cüdoçuları Yaponiyada təlim-məşq düşərgəsindədir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “toplanışa böyüklərdən və gənclərdən ibarət yığma komandaların ümumilikdə 30 üzvü cəlb edilib. Hazırlıq prosesi martın 21-nə qədər davam edəcək. Düşərgəyə əsas milli komanda Tokai Universitetində, gənclər isə Kokuşikan Universitetində start verib. Daha sonra Azərbaycan idmançıları hazırlığı Kodokan Təlim Mərkəzində davam etdirəcək. Təlim məşqin növbəti hissəsində Yaponiya milli komandasının cüdoçuları da iştirak edəcək”.

Daha sonra xəbərdə, “təlim-məşq toplanışı aprel ayında Monteneqroda keçiriləcək Avropa çempionatına və may ayında keçiriləcək beynəlxalq turnirlərə uzunmüddətli hazırlığın bir hissəsidir. Hazırlıq prosesində böyüklərdən ibarət yığmaya baş məşqçisi Riçard Trautman və böyük məşqçilər Elçin İsmayılovla Slavko Tekiç, gənclərdən ibarət milliyə isə baş məşqçi Rüstəm Alimli, məşqçilər Elxan RəcəbliKotaro Sasaki rəhbərlik edir” deyə qeyd olunur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.