Press "Enter" to skip to content

Antalyada Roma imperatorluğu dövrünə aid heykəllər tapılıb

Antalyada Roma imperatorluğu dövrünə aid heykəllər tapılıb

BAYRAQDAR MEDİA – Türkiyənin Antalya şəhərinin Antik Aspendos bölgəsində Hermes, Afrodita, Eros və Artemidaya aid heykəl və heykəl parçaları tapılıb.

BAYRAQDAR MEDİA xəbər verir ki, bu barədə “sozcu.com.tr” saytı məlumat paylaşıb.

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bu barədə danışaraq “Zamanın səssiz şahidi Aspendosda əsrlərdir dəfn edilmiş fiqurlar üzə çıxdı” deyib.

M.N.Ersoy əlavə edib: “Gələcəyə miras layihəmiz çərçivəsində Aspendosda aparılan qazıntılar zamanı Roma imperatorluğu dövrünə aid Hermes heykəli üzə çıxarıldı. Eyni ərazidə Afrodita və Erosun başları, Artemida və Nemesisə aid heykəl parçaları da aşkar edildi”.

Nazir sözügedən layihədə əməyi keçənlərə təşəkkür edib: “Layihədə əməyi olan Mədəni İrs və Muzeylər Baş İdarəsinin əməkdaşlarına ürəkdən təşəkkür edirəm və ayağa qaldıracağımız bu əsərlərin ölkəmizin mədəni və turizm həyatına faydalı olmasını diləyirəm”.

Mission News Theme by Compete Themes.