BAYRAQDAR MEDİA – Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq Akademik Həsən Əliyev küçəsi-“Koroğlu” metrostansiyası avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi-Müzəffər Nərimanov küçəsinədək olan hissəsində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yeni avtomobil yolunun inşası zamanı tikinti altına düşən yaşıllıqların mərhələli şəkildə köçürülməsinə başlanılıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Dövlət Ekoloji Ekspertiza Agentliyindən daxil olub.
Sözügedən Agentlik və Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin birgə paylaşdıqları məlumatda qeyd edilir ki, layihənin əhəmiyyəti, tıxacların qarşısının alınmasının vacibliyi nəzərə alınaraq Keşlə bazarı ətrafındakı tikinti altına düşən ağaclar Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən aqrotexniki qaydalara uyğun budanaraq köçürülüb, bioloji inkişafdan qalmış ağaclar isə aidiyyəti qurumun rəyi əsasında götürülüb.
İlk şərhi yaza bilərsiniz