BAYRAQDAR MEDİA – Türkiyənin keçmiş milli təhsil naziri, TBMM-nin Milli Təhsil, Mədəniyyət, Gənclik və İdman Komissiyasının sədri və Milliyet.com.tr-nin yazarı Prof. Dr. Mahmut Özerin süni intellektlə bağlı “Yapay zeka ve toplum” (Süni intellekt və cəmiyyət) adlı yeni kitabı işıq üzü görüb.
Bu barədə Türkiyənin “milliyet.com.tr” saytı məlumat paylaşıb.
Süni intellektin qısa zaman ərzində insan həyatına necə sürətlə daxil olduğu araşdırıldığı kitabda bu yaxınlarda ortaya çıxan DeepSeek və ölkələr arasında rəqabətə də yer verilib.
Qeyd edək ki, kitab təkcə texnologiyanı izah etmir, həm də bu texnoloji dalğanın təhsildən tutmuş əmək bazarına qədər bir çox müxtəlif sahələrdə sosial təsirlərini araşdırır.
İlk şərhi yaza bilərsiniz