Aygün Əliyeva: Yaxın günlərdə 2025-ci ilin qrant müsabiqələrinin nəticələri elan ediləcək
BAYRAQDAR MEDİA – Məlum olduğu kimi, hər il fevralın 27-də dünyada Ümumdünya QHT Günü qeyd olunur. Bu gün qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyətini vurğulamaq və onların cəmiyyətə verdiyi töhfələri tanıtmaq məqsədi daşıyır.
Həmin gün Azərbaycan QHT-ləri üçün də yaddaqaln tədbirlər keçirilir. Bu il isə fevralın 27-si Azərbaycan QHT-ləri üçün həm də gözəl bir xəbərin verilməsi ilə yadda qaldı.
Belə ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva QHT.az-a özəl açıqlamasında yaxın günlərdə 2025-ci ilin qrant müsabiqələrinin nəticələrinin elan ediləcəyini deyib: “Yeri gəlmişkən yaxın günlərdə 2025-ci ilin qrant müsabiqələrinin nəticələri elan ediləcək və hər il təqdim olunan layihələrin keyfiyyət göstəricilərinin yüksəlməsini müşahidə edirik və bu bizi çox sevindirir”.
İlk şərhi yaza bilərsiniz