BAYRAQDAR MEDİA – Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının prezidenti Khurram Bhatti MÜSİAD Azərbaycan İdarə Heyəti sədrinin birinci müavini Hüseyin Yapar ilə görüşüb.
“MÜSİAD Azərbaycan”ın məlumatına görə, görüşdə Azərbaycan və Pakistan arasında uzun illərə dayanan dostluq və qardaşlıq münasibətləri vurğulanaraq, bu əlaqələrin iqtisadi sahədə daha da gücləndirilməsinin vacibliyi qeyd edilib.
Məlumatda deyilir ki, Khurram Bhatti xüsusən qida, dərman və tekstil sahələrində fəaliyyət göstərən Pakistan şirkətlərinin Azərbaycan şirkətləri ilə əməkdaşlığa hazır olduğunu bildirib: “O, Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatası və MÜSİAD Azərbaycan arasındakı iş birliyinin iki ölkənin şirkətləri arasında bu sahələrdə əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib. Eyni zamanda, görüşdə Azərbaycanın gübrə, quruyemiş, quru meyvə və dəri məhsullarına Pakistanda böyük tələbin olduğu qeyd edilib”.
Görüş səmərəli müzakirələrlə yadda qalıb.
İlk şərhi yaza bilərsiniz