Press "Enter" to skip to content

Millət vəkili MEK-ə kitablar hədiyyə edib

Millət vəkili MEK-ə kitablar hədiyyə edib

BAYRAQDAR MEDİA – Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə qeyd edilir ki, “Kitabxana rəhbərliyi ilə görüşən millət vəkili özünün də müəllifi olduğu 13 ədəd kitabı MEK-in fonduna hədiyyə edib. Bu nəşrlər arasında “Xalqdan yana”, “Hər yürüyən yolçudurmu?”, “Səsimizi batıran küyümüz”, “Azərbaycanda türk kimliyi və saxta tarix problemi”, “Bütöv Azərbaycan axtarışı”, “Düşünənlər və düşündürənlər” və digər əsərlər yer alıb”.

Sonra xəbərdə deyilir ki, “görüş zamanı MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov MEK-in fəaliyyəti barədə ətraflı məlumat verib. 100 illik yubileyi ərəfəsində dövlətin dəstəyi nəticəsində ənənəvi kitabxanaçılıqdan daha geniş xidmətlər təqdim etdiyini, dünyada sürətlə gedən informasiyalaşdırma proseslərinə uyğunlaşaraq keyfiyyətcə yeniləndiyini, kitabxana xidmətində müasir informasiya texnologiyasının tətbiq olunduğunu vurğulayıb”.

Xəbərdə eləcə də bildirilir ki, “F.Mustafa müasir elektron kitabxanaların cəmiyyət üçün vacibliyini qeyd edərək onların bilik əldə etmək və yaymaq baxımından əhəmiyyətini vurğulayıb. Elektron resursların əlçatanlığı sayəsində istənilən mövzu üzrə informasiya əldə etməyin asanlaşdığını və bunun da elmə, təhsilə müsbət təsir göstərdiyini bildirib. Millət vəkili kreativ və həqiqətən kitaba bağlı insanlarla təmsil olunan modern elektron kitabxana mühitini çox bəyəndiyini, olduqca maraqlı yeniliklərin olduğunu qeyd edib. Görüş zamanı kitabxana rəhbəri də MEK-in tərtibatında mütəmadi olaraq metodik vəsaitlərin, biblioqrafik göstəricilərin çap olunduğunu bildirib və onlardan ən yenilərini qonağa hədiyyə edib”.

Qeyd edək ki, tezliklə sözügedən nəşrlər elektron formatda da oxuculara təqdim ediləcək.

MEK-in rəsmi saytının E-xidmətlər bölməsinə daxil olaraq bu və digər elektron resurslar ilə tanış olmaq mümkündür.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.