BAYRAQDAR MEDİA – Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində “Investopia 2025” tədbiri çərçivəsində Ərəb ölkələri – Mərkəzi Asiya – Azərbaycan biznes forumu keçirilib. İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli forum çərçivəsində təşkil edilən tədbirlərdə iştirak edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “Forum çərçivəsində “Regional dəhlizlər: biznes imkanlarının yaradılması” mövzusunda keçirilən panel iclasda çıxış edən iqtisadiyat nazirinin müavini ölkəmizin ərəb dövlətləri ilə Mərkəzi Asiya arasında kəsişən strateji mövqedə yerləşməsinin çoxtərəfli regional əməkdaşlığıninkişafında rolundan bəhs edib. Tədbirdə ölkəmizin əlverişli biznes və investisiya mühiti barədə məlumat verilib. Vurğulanıb ki, Ələt Azad İqtisadi Zonası, həmçinin şirkətlər üçün müasir infrastruktura çıxış, vergi güzəştləri və bir sıra biznesə dəstək xidmətləri təklif edən sənaye parkları sərmayədarlar üçün geniş imkanlar yaradır, biznesin inkişafı üçün dinamik mühiti təmin edir”.
Məlumata görə Nazirlərin Dəyirmi Masasında Ərəb ölkələri – Mərkəzi Asiya – Azərbaycan biznes forumu yekunlarına dair “Abu-Dabi Kommunikesi” qəbul olunub: “Sənəddə ərəb ölkələri, Mərkəzi Asiya dövlətləri və Azərbaycanarasında iqtisadi və investisiya əməkdaşlığının gücləndirilməsi, nəqliyyat marşrutlarının inkişaf etdirilməsi, güclü logistika və ticarət şəbəkələrinin qurulması, təhsil mübadiləsi və s. məsələlər öz əksini tapıb”.
İlk şərhi yaza bilərsiniz