BAYRAQDAR MEDIA – Yalova Gözəl Sənətlər Liseyi istedadlı şagirdləri kəşf etmək üçün mühüm layihə həyata keçirir.
Bu barədə yalovagazetesi.com saytı məlumat yayıb.
Məlumata görə, “Yalova Təsviri İncəsənət Liseyi istedadlı şagirdlər axtarır” layihəsi çərçivəsində onlayn görüş keçirilib: “Yığıncağa Yalova İl Milli Təhsil Şöbə müdiri Hüseyn Yılmaz, məktəb direktoru Haydar Kılıç və ilin dörd bir yanından orta məktəb müdirləri qatılıb. Layihə çərçivəsində əyalət üzrə bütün dövlət və özəl məktəblərində təhsil alan 8-ci sinif şagirdlərinin musiqi və rəsm sahəsində istedadları sınanacaq”.
Qeyd olunub ki, müəyyən edilmiş istedadlı şagirdlər Gözəl Sənətlər Liseylərinə istiqamətləndiriləcək və Yalovanın bədii potensialı üzə çıxarılacaq.
İlk şərhi yaza bilərsiniz