Press "Enter" to skip to content

Fars-molla rejimi idmançıları edam etməyə davam edir

BAYRAQDAR MEDİA – İran İnsan Haqları Təşkilatı cümə axşamı hesabatında Beynəlxalq Olimpiya Komitəsi də daxil olmaqla, beynəlxalq təzyiqlərə baxmayaraq, İran hökuməti tərəfindən repressiyaların, həbs və edamların davam etməsindən xəbər verib.

Xəbəri “Azad İran” Telegram kanalı yayıb.

Bildirilib ki, “hesabata görə, siyasi məhbus Vərişe Moradi edam riski ilə üzləşən sonuncu idmançılardan biridir. Xanım Moradi kunq-fu ilə məşğul olan döyüş sənətləri üzrə məşqçi və hakimdir. O, bir müddət öncə “dövlətə qarşı qiyam” ittihamı ilə edama məhkum edilib. Bu siyasi məhbus əvvəllər həbsxanadan göndərdiyi açıq məktubda saxlandığı müddətdə fiziki və mənəvi işgəncələrə, edam hədələrinə və cinsi zorakılığa məruz qaldığını açıqlayıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.