Press "Enter" to skip to content

Edirnedə bolqar dilinə maraq artır

“İvan Vazov” bolqar məktəbi

Son yeniləmə: 3 Mart 2025

BAYRAQDAR MEDİA – Edirnedə yerləşən və Bolqarıstanın Baş Konsulluğunun nəzdində 2017-ci ildə açılan “İvan Vazov” bolqar məktəbində 55 uşaq təhsil alır. Burada təhsil alan tələbələrə bir tədris ilində 120 saat bolqar dili dərsi verilir.

Bu barədə Radio Bolqarıstan məlumat yayıb.

Bildirilib ki, “əslən İsperihdən olan və 1989-cu il hadisələri zamanı Türkiyəyə köçən bolqar müəllim Bahtisen Mutlu, “uşaqlıqda Bolqarıstanı tərk edən mühacirlər bu dili bilmirlər, lakin bu ölkə ilə əlaqələr saxlamaq üçün uşaqlarının bu dili öyrənməsini istəyirlər” deyib”.

Məlumata görə o əlavə edib ki Edirnedəki məktəb hazırda iki otaqdan ibarətdir: “Genişlənmə imkanları axtarılır. Büdcə çox məhduddur. Türkiyə və Bolqarıstandan müxtəlif təşkilatlar məktəbə dəstək verir”.

Mission News Theme by Compete Themes.