BAYRAQDAR MEDİA – Fevralın 28-i, saat 19:00-da Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının “ArtStudiya” teatr studiyasında hazırlanan “Ana” tamaşası nümayiş olunacaq.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Teatrın mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “tanınmış Çex yazıçısı Karel Çapekin eyniadlı əsəri əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Müşviq Elmanoğlu, quruluşçu rəssamı Şahin Hüseynli, musiqi tərtibatçısı Aygül Quliyevadır. Tamaşada aktyorlar Zülfiyyə Alhüseynova, Anar Seyfullayev, Anar Səfiyev, Araz Pirimov, İlhan Sadıqov, Mətləb Abuşov, Hüseyn Bayramov iştirak edirlər”.
Bildirək ki, 1938-ci ildə yazılmış əsərdə faşizmə qarşı mübarizə və müharibənin gətirdiyi mənəvi sarsıntılar, iztirablar, həmçinin Ana Doloresin həyat yoldaşını və oğullarını müharibədə tədricən itirməsi və bunların fonunda baş verən hadisələr təsvir edilir.
İlk şərhi yaza bilərsiniz