BAYRAQDAR MEDİA – Heydər Əliyev Beynəlxalq Aeroportu bu yaz mövsümündə sərnişinlərə yeni və genişlənmiş səyahət imkanları təklif edir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Aeroportun mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “aparıcı aviaşirkətlər marşrut şəbəkələrini genişləndirərək mövcud istiqamətlər üzrə uçuşların sayını artırır və səyahətləri daha rahat və əlçatan edir.
* 2 martdan etibarən Air Astana Bakı – Almatı marşrutu üzrə həftədə iki dəfə uçuşlar həyata keçirəcək.
* 21 martdan etibarən Fly Arystan Bakı – Aktau marşrutu üzrə reysləri bərpa edəcək.
* 30 martdan etibarən:
o Pegasus Airlines Dalaman istiqamətindəmüntəzəm uçuşlara başlayacaq.
o Flynas Bakı – Dammam marşrutu üzrə birbaşareyslərə başlayacaq.
o Uzbekistan Airways Bakı – Daşkənd marşrutuüzrə uçuşların sayını həftədə dörd dəfəyə qədər artıracaq.
* 15 aprel tarixindən Aegean Airlines Bakı – Afina marşrutu üzrə birbaşa reysləri bərpa edərək Yunanıstanla hava əlaqəsini yenidən açacaq.
* 28 aprel tarixindən AZAL Tivat istiqamətində birbaşa uçuşlar açacaq və sərnişinlərə Monteneqronun füsunkar təbiətini kəşf etmək üçün unikal imkan yaradacaq.
Bundan əlavə, Roma, İstanbul, Küveyt və Ər-Riyad istiqamətlərində reyslərin sayı artırılacaq.
Tel-Əvivə uçuşları artıq təkcə AZAL və Israir deyil, həm də Arkia həyata keçirəcək ki, bu da sərnişinlərə daha çox seçim imkanı verəcək.
Sərnişinlər həmçinin Avropa, Yaxın Şərq və Asiyanın əsas turistik və biznes mərkəzlərinə birbaşa uçuşlardan faydalana biləcəklər. Populyar istiqamətlərə Berlin, Paris, Vyana, Barselona, Praqa, Budapeşt, Dubay, Abu-Dabi, Küveyt, Dammam, Pekin, Urumçi, Maldiv adalarındakı Male, Şarm əl-Şeyx və digər şəhərlər daxildir.
Yaz aylarında hava səyahətlərinə olan ənənəvi yüksək tələbatı nəzərə alaraq sərnişinlərə aviabiletlərini əvvəlcədən sifariş etmələri və səyahətlərini əvvəlcədən planlaşdırmaları tövsiyə olunur.