BAYRAQDAR MEDİA – Alimlər qısa müddət ərzində axşam saatlarında Mars, Yupiter, Uran, Venera, Neptun, Merkuri və Saturnun eyni vaxtda görünəcəyini açıqlayıblar.
BAYRAQDAR MEDİA xəbər verir ki, bu barədə Türkiyənin “Demirören” Xəbər Agentliyi məlumat paylaşıb.
“Planet paradı” adlanan nadir hadisə, planetlərin müəyyən bir düzülmə meydana gətirdiyi zaman baş verir. Bu mənzərə 2040-cı ilə qədər bir daha belə aydın müşahidə olunmayacaq.
Mütəxəssislər bildiriblər ki, planetləri ən yaxşı şəkildə görmək üçün çərşənbə axşamı, çərşənbə, cümə axşamı və cümə günləri gün batdıqdan dərhal sonra səmanı izləmək lazımdır. Bildirilib ki, Merkuri, Venera, Yupiter və Mars adi gözlə görünəcək, lakin Saturnu üfüqə yaxın olduğu üçün görmək çətin olacaq və Uran və Neptunu müşahidə etmək istəyənlərin teleskopaehtiyacı olacaq.
Qeyd edək ki, Venera və Yupiter parlaqlıqları sayəsində ən asanlıqla nəzərə çarpan planetlər arasında yer alır. Mars digərlərindən fərqli qırmızı rəngi ilə ayırd edilə biləcək. Planetləri ən yaxşı şəkildə müşahidə etmək üçün işıq kirliliyinin az olduğu və üfüqün aydın göründüyü yerə getmək tövsiyə olunur.
Alimlər deyirlər ki, gözlərin qaranlığa alışması üçün ən azı yarım saat gözləmək lazımdır, eyni zamanda, telefon ekranına baxmaqdan da çəkinmək lazımdır.
İlk şərhi yaza bilərsiniz