Press "Enter" to skip to content

Türkiyəyə işgüzar səfər

Səfərdən xatirə fotosu

BAYRAQDAR MEDİA – “AzerGold” QSC-nin nümayəndə heyəti Türkiyənin paytaxtı Ankara şəhərinə işgüzar səfər edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya “AzerGold” QSC-dən məlumat verilib.

Məlumata görə səfər iki ölkə arasında dağ-mədən sahəsində əlaqələrin möhkəmləndirilməsi, geoloji kəşfiyyat, hasilat, qiymətli metalların emalı, laboratortədqiqi sahəsində təcrübə mübadiləsinin aparılması məqsədilə həyata keçirilib: “Səfər çərçivəsində “AzerGold” QSC-nin nümayəndələri Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin Mədən Tədqiqi və Axtarış Baş İdarəsində (MTA – MadenTeknik Arama GenelMüdürlüğü) olublar. Ziyarət zamanı tərəflər arasında mövcud əlaqələrin gücləndirilməsi,innovasiya və texnoloji yeniliklərin öyrənilməsi, ortaq layihələrin idarə olunması istiqamətində səmərəli və faydalı müzakirələr aparılıb. Həmçinin 2022-ci ildə Bakıda təşkil edilən Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu çərçivəsində iki ölkə hökumətləri arasında mədənçilik sahəsində əməkdaşlıq haqqında Sazişin imzalandığı xatırladılıb. Sözügedən forum çərçivəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi, “AzerGold” QSC, MTABaş İdarəsi və MTA Beynəlxalq Mədənçilik Şirkəti arasında əməkdaşlığın həyata keçirilməsi sahəsində dördtərəfli Anlaşma Memorandumunun imzalandığı qeyd edilib.Bu sənədlərdən irəli gələn məsələlərin həlli, birgə əməkdaşlığın inkişaf etdirilməsiistiqamətində qarşılıqlı səfərlərin təşkil edildiyi, təmasların daha da intensivləşdirildiyi məmnunluqla vurğulanıb”.

Məlumata görə daha sonra beynəlxalq nüfuzlu “BureauVeritas” şirkətinin Ankara şəhərində yerləşən sınaq laboratoriyasını ziyarət edən nümayəndə heyəti müəssisənin fəaliyyəti, tətbiq olunan texnologiya və avadanlıqlarla yaxından tanış olub, laborator analiz proseslərinin qiymətləndirilməsi, bu sahədə qabaqcıl texnologiyaların öyrənilməsi məqsədilə fikir mübadiləsi aparıb: “Səfər çərçivəsində, həmçinin dağ-mədən sahəsində mühəndis həlləri, təlim, proqram təminatı və avadanlıq xidmətləri təqdim edən “Mine&ProcessEngineeringSolutions” şirkətinin Ankara şəhərində yerləşən emalatxanası ilə tanışlıq olub. Tərəflər birgə əməkdaşlıq imkanlarını müzakirə edib, xüsusilə əlvan metalların emalı sahəsində Türkiyədə tətbiq edilən qabaqcıl texnologiyalar haqqında danışıblar. Qeyd edək ki, ölkəmizin dağ-mədən sənayesini beynəlxalq miqyasda uğurla təmsil edən “AzerGold” QSC-ninbu sahə üzrə böyük təcrübəyə malik ölkələrdə tətbiq olunan müasir texnologiyalar, idarəetmə yanaşmaları, innovativ həllər haqqında məlumatlar əldə edilməsi, effektiv modellərin tətbiqi üzrə təşəbbüsləri istehsal proseslərinin səmərəliliyinin daha da artırılması və işgüzar əlaqələrin inkişaf etdirilməsinə yönəlib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.