BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyində (SN) İsveçrənin aparıcı əczaçılıq şirkəti olan “Novartis Pharma Services AG”nin Mərkəzi Avropa Regionunun (ECC) inkişaf etməkdə olan ölkələr üzrə prezidenti vəzifəsini müvəqqəti icra edən Almaz Miftaxovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev iki ölkə arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq üçün imkanların olduğunu qeyd edib. Əczaçılıq sənayesinin müasir səhiyyənin ən mühüm istiqamətlərindən biri olduğunu vurğulayan T.Musayev bu sahədə də əlaqələrin inkişafı üçün potensialın mövcudluğunu diqqətə çatdırıb. Çıxışının sonunda Azərbaycanın səhiyyə naziri gələcəkdə əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib”.
Sonra xəbərdə, “öz növbəsində A.Miftaxov şirkətin Səhiyyə Nazirliyi ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb” deyə bildirilir.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
İlk şərhi yaza bilərsiniz