BAYRAQDAR MEDİA – Ramazan başlamazdan öncə artıq Türkiyədə Ramazan pidesinin qiyməti artıb. Daha dəqiq desək, Eskişehirdə Ramazan ayında satılacaq Ramazan pidesinin qiymətinə aydınlıq gəlib.
Bu barədə eskisehirhaber.com məlumat yayıb.
Bildirilib ki, “Ramazan pidesinin 300 qramı 25 lirəyə satılacaq. Son vaxtlar şəhərdə çörəyin və çörək məhsullarının bahalaşması Ramazan pidesində də özünü göstərir. Bu qiymətin Eskişehir Ticarət Palatasının (ETO) fevralın 25-də keçiriləcək şura iclasında rəsmən təsdiqlənməsi gözlənilir”.
Məlumata görə, keçən il Eskişehirdə 250 qram Ramazan pidesi 15 lirəyə satıldığı halda, bu il 300 qramlıq pidenin qiymətinin 25 lirəyə təyin olunması qiymətlərdə yüzdə 66 artımdan xəbər verir.
İlk şərhi yaza bilərsiniz