Press "Enter" to skip to content

Özbəkistanda “Şərq vəhdəti” rəsm müsabiqəsi və sərgisi

Özbəkistanda “Şərq vəhdəti" rəsm müsabiqəsi və sərgisi

BAYRAQDAR MEDİA – Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli ilə Özbəkistan Rəssamlıq Akademiyasının sədri Akmal Nur arasında görüş keçirilib.

Xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Mərkəzdən daxil olub.

Görüşdə qeyd olunub ki, “dövlət başçıları mədəniyyətin, xüsusilə təsviri və tətbiqi sənətin inkişafına böyük diqqət ayırırlar. Onların milli irsin qorunması, sənət adamlarının dəstəklənməsi və beynəlxalq mədəni əməkdaşlığın gücləndirilməsi istiqamətində atdığı mühüm addımlar sahənin inkişafına böyük təkan verib”.

Xəbərə əsasən, “ötən il Özbəkistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində açılan “Azərbaycanın sənət incilərində yaşayan milli irsi” adlı sərgi qardaş ölkə ictimaiyyəti arasında böyük maraqla qarşılanıb. Sərgidə təqdim olunan qrafik əsərlər, xalçalar və digər əl işləri ziyarətçilərdə zəngin təəssürat yaratmışdır. Görüş zamanı iki ölkə arasında təsviri və tətbiqi sənət rəssamlarının qarşılıqlı sərgilərinin keçirilməsi məsələləri müzakirə olunub”.

Qeyd edilib ki, “sonda Prezident İlham Əliyevin Mirzə Qədim İrəvaninin 200 illiyinin qeyd olunması ilə bağlı sərəncamı ilə əlaqədar Mərkəzin iki ölkənin rəssamları arasında “Şərq vəhdəti: Mirzə Qədim İrəvani və özbək ornamentləri” adlı müsabiqənin keçirilməsi təklifi, bu əsərlərin sərgisinin açılışı, habelə ustad dərslərinin keçirilməsi Akademiya rəhbərliyi tərəfindən müsbət qarşılanıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.