Press "Enter" to skip to content

“MÜSİAD Azərbaycan”da qanvermə aksiyası

Aksiya zamanı

BAYRAQDAR MEDİA – MÜSİAD Azərbaycan İctimai Birliyi və Türk Kızılayının Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə MÜSİAD Azərbaycan dərnək mərkəzində əlaqədar qanvermə aksiyası keçirib.

Bu barədə Azərbaycana İctimai Birlikdən məlumat verilib.

Bildirilib ki, “Xocalı anım günü ilə əlaqədar “Hər damla qan bir ümiddir” şüarı altında keçirilən qanvermə aksiyası Mərkəzi Qan Bankının dəstəyi ilə reallaşıb. Mərkəzi Qan Bankının mobil işçi qrupunun həkim-hemotoloqları tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qan götürülüb. MÜSİAD Azərbaycan üzvlərinin iştirak etdiyi aksiyaya 50-dən çox iş adamı və şirkət əməkdaşı qoşulub”.

Məlumatda deyilir ki, qanvermə aksiyası hemofiliya və talassemiyadan əziyyət çəkən insanların qanla təminatına yardım məqsədi daşıyır: “Tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq. atırladaq ki, hazırda Azərbaycanda rəsmi qeydiyyatda olan 4900-dən artıq talassemiya və digər irsi qan xəstəliyindən əziyyət insanlar var”.

Qeyd edək ki, aksiya ilə bağlı İctimai Birliyin sosial şəbəkə hesabında da paylaşım edilib.

 

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.