Press "Enter" to skip to content

İranda panfarslar türk şəhidləri təhqir etdi

İranda panfarslar türk şəhidləri təhqir etdi

BAYRAQDAR MEDİA – Şiraz-Kuhçinar marşrutu üzrə Qaşqay Şəhidləri magistralında quraşdırılan yol nişanı yenidən təxribata məruz qalıb. Bu, son bir ildə paniranistlər tərəfindən törədilən ikinci belə hadisədir.

Xəbəri “Azad İran” Telegram kanalı “Baydaq News”a istinadən yayımlayıb.

Xəbərə əsasən, “türk düşmənləri yol nişanının üzərinə boya səpərək onu yararsız hala salıblar. Sosial şəbəkələrdə paylaşılan videodan görünür ki, qaşqay türkü olan gənc rəngli boyanı təmizləməyə çalışır”.

Qeyd edək ki, “Qaşqay türkləri 40 min imza toplayaraq İsfahan-Şiraz yolunun “Qaşqay” adlandırılmasını istəyiblər. Ancaq rəsmilər onların bu istəyi ilə razılaşmayaraq, Şirazdan Çinar dağına gedən magistralda kiçik bir avtomobil yoluna “Qaşqay şəhidləri” adını veriblər”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.