Press "Enter" to skip to content

Güney Azərbaycanlı fəalların həbs qərarı müəyyənləşdi

Güney Azərbaycanlı fəalların həbs qərarı müəyyənləşdi

BAYRAQDAR MEDİA – Tehran İnqilab Məhkəməsi ötən günlərdə bədnam Evin zindanında saxlanılan milli fəallar Araz Aman, Ayaz SeyfxahBağır Hacızadəyə elektron bildiriş göndərərək, onlar barəsində çıxarılan hökm qərarını açıqlayıb.

Xəbəri “Azad İran” Telegram kanalı Güney Azərbaycan Demokratik Türk Birliyinə istinadla yayımlayıb.

Xəbərə əsasən, “Araz Aman 8 il, Bağır Hacızadə 8 il, Ayaz Seyfxah isə 9 il həbs cəzasına məhkum edilib. Hökmün bir hissəsində təqsirləndirilən şəxslərin “casusluq” və “cinayət törətmək məqsədilə toplaşmaq və əlbir olmaq” ittihamları ilə 2022-ci il tarixindən indiyədək saxlanıldığından, bu vaxtın cəza müddətindən çıxarılacağı qeyd olunub”.

Mission News Theme by Compete Themes.