Press "Enter" to skip to content

Faktiki hava açıqlanıb

Faktiki hava açıqlanıb

BAYRAQDAR MEDİA – Milli Hidrometeorologiya Xidmətinin fevralın 27-si saat 08:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində, eyni zamanda, Bakıda və Abşeron yarımadasında qar yağır.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Ekologiya bə Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “qar örtüyünün hündürlüyü Qaxda (Sarıbaş) 59, Altıağac, Şəkidə 31, Qəbələdə 28, Qubada 25, Xaltanda 20, Zaqatalada 18, Şahdağda 17, Şahbuz və Oğuzda 16, Daşkəsəndə 15, Qobustan, Qusarda 10, Kəlbəcər, Mingəçevir, Şabran və Gədəbəydə 8, Laçın, Qubadlı, Şuşa və Balakəndə 7, Xankəndı, Füzuli, Xocalı, Göyçay, Yevlax, Tərtər, Naftalan, Kürdəmir, Sabirabad, Neftçala, Bərdədə 5, Bakıda və Abşeron yarımadasında isə 12 sm-dir”

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 2, Naxçıvan MR-da 11, dağlıq rayonlarda 19 dərəcəyədək şaxta qeydə alınıb.

Yağıntılar fevralın 27-si gündüz saatlarından tədricən kəsiləcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.