Press "Enter" to skip to content

Azərbaycan hərbi qulluqçusu Güney Koreyada medalla təltif olunub – VİDEO

Azərbaycan hərbi qulluqçusu Güney Koreyada medalla təltif olunub

BAYRAQDAR MEDİA – Fevralın 27-də Seul şəhərində Güney Koreyanın Quru Qoşunları Akademiyasında təhsil alan kursantların buraxılış mərasimi keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.

Xəbərdə bildirilir ki, “Azərbaycan Ordusunun hərbi qulluqçusu leytenant Əliyev Ədib Nazim oğlu təhsildə fərqləndiyi və xarici kursantlar arasında 1-ci yerə layiq görüldüyü üçün medalla təltif olunub. “Koreya Quru Qoşunlarının Xidmətdə Fərqlənmə Medalı”nı hərbi qulluqçuya Güney Koreyanın milli müdafiə nazirinin vəzifələrini icra edən Kim Seon-ho təqdim edib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.