BAYRAQDAR MEDİA – Fevralın 27-də Seul şəhərində Güney Koreyanın Quru Qoşunları Akademiyasında təhsil alan kursantların buraxılış mərasimi keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.
Xəbərdə bildirilir ki, “Azərbaycan Ordusunun hərbi qulluqçusu leytenant Əliyev Ədib Nazim oğlu təhsildə fərqləndiyi və xarici kursantlar arasında 1-ci yerə layiq görüldüyü üçün medalla təltif olunub. “Koreya Quru Qoşunlarının Xidmətdə Fərqlənmə Medalı”nı hərbi qulluqçuya Güney Koreyanın milli müdafiə nazirinin vəzifələrini icra edən Kim Seon-ho təqdim edib”.
İlk şərhi yaza bilərsiniz