Vağzal, stansiya və dayanacaqlarda intensiv təmizlik və təhlükəsizlik tədbirləri görülür
BAYRAQDAR MEDİA – “Qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar olaraq, ADY vağzal, stansiya və dayanacaqlarda intensiv təmizlik və təhlükəsizlik tədbirləri görür”.
Bu barədə BAYRAQDAR MEDİA-ya ADY-dən verilən məlumatda qeyd edilib.
Bildiriub ki, “platformalar, piyada keçidi və körpüləri qardan təmizlənir, sərnişinlərin rahat və təhlükəsiz hərəkəti üçün xüsusi cığırlar salınır. Sərnişinlərdən platformalarda hərəkət zamanı ehtiyatlı olmalarını, dəmiryol xətlərini keçərkən müvafiq keçidlərdən istifadə etmələrini xahiş edir, təhlükəsiz səfərlər diləyirik”.
İlk şərhi yaza bilərsiniz