Press "Enter" to skip to content

2025-ci ildə keçiriləcək tədbirlər siyahısı təsdiq edilib

İclas zamanı

İƏT-in Turizm Komitəsinin toplantısı Azərbaycanın sədrliyi ilə keçirilib

BAYRAQDAR MEDİA – 24-27 yanvar tarixlərində İranın Tehran şəhərində təşkil olunan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Regional Planlama Şurasının 35-ci iclası çərçivəsində Turizm Komitəsinin toplantısı Azərbaycanın sədrliyi ilə keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Turizm Agentıiyindən məlumat verilib.

Bildirilib ki, “tədbirdə Azərbaycanı Dövlət Turizm Agentliyinin Aparatının rəhbərinin müavini – Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəlil Məlikovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. İclasda İƏT-in cari il üçün nəzərdə tutulan iş planı müzakirə edilib və 2025-ci ildə keçiriləcək tədbirlər siyahısı təsdiq edilib. Görüşdə təşkilatın “Dayanıqlı turizmin inkişafı üçün regional tədbirlər planı”na dair fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, qədim İpək Yolu abidələrinin və mədəni irsinin qorunması istiqamətində müvafiq tədbirlərin təşkili, üzv dövlətlərin turizm potensialının təşkilat çərçivəsində təbliğatı üzrə müzakirələr aparılıb”.

Məlumata görə, həmçinin təşkilat daxilində yaradılmış turizm sahəsi üzrə Məsləhətləşmə Komitəsinə üzv ölkələrdən müvafiq namizədlərin təqdim edilməsi razılaşdırılıb: “Təşkilatın cari il üçün tədbirlər planında yer alan “İƏT-in İpək Yolu İşçi Qrupunun 1-ci iclası”na Azərbaycanın ev sahibliyi etməsi təsdiq edilərək yekun təqvimə daxil edilib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.