BAYRAQDAR MEDİA – Yalovada, Çiftlikköy kaymakamı Ali Adanın başçılığı ilə keçirilən yığıncaqda 18 Mart Çanaqqala Zəfəri və Şəhidləri Anma Günü mərasimlərinin koordinasiyası və təhlükəsizliyi müzakirə edilib.
Bu barədə yalovagazetesi.com saytı məlumat yayıb.
Bildirilib ki, “iclasda aidiyyəti qurum və təşkilatların nümayəndələri iştirak ediblər. İclasda mərasimlərin təşkili, təhlükəsizlik tədbirləri və təşkili prosesi ilə bağlı məsələlər müzakirə olunub. Kaymakam Ali Ada 18 Martın türk milləti üçün böyük məna daşıdığını vurğulayaraq, anma proqramlarının tam və təhlükəsiz şəkildə həyata keçirilməsi üçün bütün qurumların əməkdaşlıq etməsi lazım olduğunu bildirib”.
İlk şərhi yaza bilərsiniz