BAYRAQDAR MEDİA – “Etemad” qəzeti fevralın 25-də “Qurumuş Urmu gölünə niyə yağış yağmır?” başlığı ilə dərc etdiyi məqalədə yazıb ki, Urmu gölünün quruması insan fəaliyyətinin nəticəsidir, iqlim dəyişikliyi isə gölün qurudulmasında mühüm rol oynayıb.
Xəbəri “Azad İran” Telegram kanalı yayımlayıb.
Bildirilib ki, “tarixən Urmu gölünün 60-70 faizini yaz fəslində qarın əriməsi təmin edir. Daha az qar əriməsi isə az şirin su deməkdir”.
Xəbərə əsasən, “İqlim dəyişikliyi insanların suyu düzgün istifadə edə bilməməsinin nəticələrini pisləşdirir. İnsanların kənd təsərrüfatı üçün sudan yanlış şəkildə yararlanması Urmu gölünün qurumasına yol açıb…, deyə, qəzet vurğulayıb”.
İlk şərhi yaza bilərsiniz