Press "Enter" to skip to content

Türk dünyasının ortaq faciəsi

Tədbirdən xatirə fotosu

Eskişehirdə Xocalı soyqırımının qurbanlaırnın xatirəsi anılıb

BAYRAQDAR MEDİA – Qardaş Türkiyənin bir çox yerlərində olduğu kimi Eskişehirdə də Xocalı soyqırımının 33-cü ildönüm ilə bağlı tədbir keçirilib. Eskişehir Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı ilə “Xocalı soyqırımı: Unutmadıq, unutmayacağıq!” adlı anım konfransdan ziyalılar, müxtəlif qurumlaırn təmsilçiləri və tələbələr iştirak edib.

Sirac Yaquboğlu çıxış edərkən
Sirac Yaquboğlu çıxış edərkən

Bu barədə BAYRAQDAR MEDİA-ya Eskişehir Azərbaycanlılar Dərnəyindən məlumat verilib.

Məlumata görə, Anadolu Universiteti Jurnalistika ixtisası tələbəsi Nərmin Qasımzadənin aparıcılığı ilə keçirilən tədbirdə öncə şəhidlərin əziz xatirəsinə bir dəqiqəlik sükutla yad edilib. Ardından Türkiyə Cümhuriyyətinin İstiqlal Marşı və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib.

Məlumatda deyilir ki, Eskişehir Azərbaycanlılar Dərnəyi sədr müavini Sirac Yaquboğlu açılış nitiq ilə çıxış edib: “Sirac Yaquboğlu, Xocalı soyqırımının təkcə Azərbaycanın deyil, bütün türk dünyasının ortaq faciəsi olduğunu vurğulayaraq, ədalət mübarizəsinin davam etdiyini bildirib”.

Cavid Aydın çıxış edərkən
Cavid Aydın çıxış edərkən

Xəbərdə deyilir ki, çıxışından sonra Barama Production və Eskişehir Azərbaycanlılar Dərnəyinin birgə hazırladığı Xocalı soyqırımına həsr olunmuş xüsusi video nümayiş etdirilib: “Daha sonra söz alan Eskişehir Türk Ocağının sədri Prof. Dr. Nedim Ünal, Xocalı soyqırımının tarixi çərçivədə qiymətləndirilməsinin əhəmiyyətindən danışıb. Çıxışında türk dünyasının birliyinin vacibliyini vurğulayan natiq, tarixdən dərs çıxarmağın zəruriliyini də ifadə edib. Prof. Dr. Nedim Ünal “Dünən baş verənləri unutsanız, tarix sizi bağışlamaz” sözləri ilə iştirakçılara çağırış edib”.

Xəbərdə o da vurğulanıb ki, sonra söz konfransın əsas məruzəçisi Beynəlxalq Münasibətlər üzrə ekspert Mehmet Gökhan Özçubukçuya verilib: “Mərizəçi Xocalıda baş verənlərin beynəlxalq hüquq çərçivəsində soyqırım kimi tanınmasının vacibliyini qeyd edərək, cinayətkarların məsuliyyətə cəlb olunmasının əhəmiyyətini vurğulayıb. O, eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinin siyasi və diplomatik nəticələrindən danışıb”.

Mehmet Gökhan Özçubukçuya plaket təqdim edilib
Mehmet Gökhan Özçubukçuya plaket təqdim edilib

Sonda çıxış edən Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri, Uzman Əczaçı Cavid Aydın, Xocalı soyqırımının unudulmamasının vacib olduğunu bildirib və bu cür tədbirlərin gənc nəsillərə tarixi doğru çatdırmaq baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb: “O, çıxışının sonunda Aliya İzzetbeqoviçin “Soyqırımı unutmayın! Çünki unudulan hər soyqırım təkrarlanır” sözlərini xatırladaraq, ədalət axtarışının davam etdirilməsinin vacibliyini qeyd edib. Çıxışdan sonra, konfransın məruzəçisi Mehmet Gökhan Özçubukçuya proqramın xatirəsinə plaket təqdim edilib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.