Press "Enter" to skip to content

 Türk dünyası ilə bağlı daha bir addım

Tədbirdən xatirə fotosu

Türk Akademiyası türk dünyasının tarixinə dair kollektiv monoqrafiyanın yaradılmasını təklif edib

BAYRAQDAR MEDİA – Türk Akademiyası türk dünyasının tarixinə dair kollektiv monoqrafiyanın yaradılmasını təklif edib.

Bu barədə “Kazinfrom” agentliyi məlumat yayıb.

Bildirilib ki, “monoqrafiya akademik dərinliyi əlçatan üslubla birləşdirməli və geniş auditoriya üçün başa düşülən olmalıdır. Türk Akademiyasının prezidenti Şain Mustafayev Ankarada keçirilən beynəlxalq toplantıda salamlama nitqi zamanı “Hətta bir ölkənin tarixi ilə bağlı icmal əsəri yaratmaq asan məsələ deyil.
Bizim missiyamız daha çətindir – bir qrup qohum xalqın və dövlətin vahid tarixini yazmaq” deyib”.

O, çıxışında vurğulayıb ki, ilk addım kimi iştirakçılar gələcək kollektiv monoqrafiyanın konseptual əsaslarını müəyyənləşdirməli olacaqlar: “Bu da akademik dərinliyi əlçatan üslubla birləşdirməlidir. Əsərin təkcə ciddi elmi deyil, həm də geniş auditoriya, o cümlədən tələbələr və gənc tədqiqatçılar üçün başa düşülən olması vacibdir”. Onun sözlərinə görə, kollektiv monoqrafiyanın əsas məqsədləri türk dünyası tarixinin əsas mərhələlərini işıqlandırmaq, qardaş xalqların ortaq tarixi şüurunun formalaşdırılması, xüsusilə gənclərdə milli qürur hissinin gücləndirilməsi, o cümlədən türk tarixi-mədəni irsinin beynəlxalq aləmdə təbliğindən ibarətdir”.

Məlumatda qeyd edilib ki, fevralın 24-də Ankarada Türk dövlətlərinin tarixi üzrə ortaq akademik iş konsepsiyasını müzakirə etmək üçün üzv ölkələrin tarix və arxeologiya institutlarının rəhbərlərini və Türk Dövlətləri Təşkilatının müşahidəçilərini, eləcə də aparıcı tarixçi və ekspertləri bir araya gətirən beynəlxalq işçi görüşü keçirilib: “Toplantıda Türk Akademiyasının prezidenti Şain Mustafayev, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binali Yıldırım, Atatürk adına Mədəniyyət, Dil və Tarix Ali Şurasının sədri Derya Örs və Türk Tarix Qurumunun sədri Yüksel Özgen iştirak edib. Xatırladaq ki, türk xalqlarının vahid tarixinin yaradılması ideyası Türk Dövlətləri Təşkilatının 2024-cü il noyabrın 6-da Bişkekdə keçirilən XI zirvə toplantısında irəli sürülüb”.

Mission News Theme by Compete Themes.