BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov Omanın “Suhail Bahwan Group Holding” şirkətinin nümayəndələri ilə görüşüb.
Bu barədə BAYRAQDAR MEDİA-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, Oman şirkətinin təmsilçilərinə ölkəmizdə qeyri-neft iqtisadiyyatının prioritetləri və xarici sərmayələrin qoyuluşu üçün yaradılmış əlverişli biznes mühiti barədə məlumat verilib: “Bu sahədə dövlət-özəl tərəfdaşlığının önəmi qeyd olunub. Bildirilib ki, Azərbaycanda əlavə dəyər yaradan istehsalın qurulmasına dövlət tərəfindən göstərilən dəstək tədbirləri, eləcə də istehsal olunan məhsulun xarici bazarlara ixracı üçün nəqliyyat-logistika infrastrukturuxarici şirkətlər tərəfindən investisiya qoyulması üçün ölkəmizin cəlbediciliyini artırır”.
Məlumata görə, tərəflər birgə investisiya layihələri, o cümlədənpotensial əməkdaşlıq imkanlarını müzakirə ediblər: “Qeyd edək ki, Oman Sultanlığının ən iri holdinqlərindən olan “Suhail Bahwan Group Holding” Körfəz Ölkələri, Şimali Afrika və Cənubi Asiyada fəaliyyət göstərən 30-dan çox şirkətə sahibdir. Holdinq kimya sənayesi, səhiyyə, enerji, logistika, mühəndislik, infrastruktur, informasiya texnologiyaları və telekommunikasiya kimi sektorlarda fəaliyyət göstərir”.
İlk şərhi yaza bilərsiniz