BAYRAQDAR MEDİA – Eskişehirdə jandarma qrupları tərəfindən patrul xidməti zamanı yol kənarında yaralı halda tapılan və nəsli kəsilmək təhlükəsi ilə üzləşən şahin müalicə olunub.
Bu barədə sakaryagazetesi.com.tr saytı məlumat yayıb.
Bildirilib ki, “Eskişehir İl Jandarma Komandanlığının Odunpazarı rayonunda patrul xidməti zamanı yolun kənarında yaralı bir şahin diqqət çəkib. Nəsli kəsilmək təhlükəsi ilə qarşı-qarşıya olan yaralı şahin jandarm tərəfindən tapılaraq müalicə olunmaq üçün Eskişehir İl Təbiəti Mühafizə və Milli Parklar Müdirliyinə təhvil verilib”.