Qarabağ və Şərqi Zəngəzurda məşğulluğun təminatı sahəsində işəgötürənlərlə birgə görüləcək işlər müzakirə olunub
BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyət göstərən işəgötürənlərlə növbəti görüş keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya nazirlikdən məlumat verilib.
Bildirilib ki, “görüşdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətlərinin, SOCAR, “Azərbaycan Hava Yolları” QSC, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Təmiz Şəhər” ASC, “Azərişıq” ASC, “Azərenerji” ASC, “Tikinti İşlərinə Texniki Nəzarət Xidməti” MMC və “AS İnşaat” MMC-nin nümayəndələri iştirak edib”.
Məlumata görə, öncə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli çıxış edib: “Vüsal Nəsirli Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində görülən işləri, işğaldan azad edilmiş ərazilərimizdə icra olunan məşğulluq proqramlarının mütəmadi olaraq genişləndirildiyini qeyd edib. O, məşğulluq proqramlarının uğurlu icrasında, həmin ərazilərdə məşğulluq səviyyəsinin artırılmasında işəgötürənlərlə fəal əməkdaşlığın önəmini diqqətə çatdırıb”.
Məlumata görə, qeyd olunan ərazilərə köçürülən və köçürülməsi nəzərdə tutulan vətəndaşların məşğulluğunun təmin olunması üçün işəgötürənlərlə görülən işlərin nəticələri, bu istiqamətdə onlarla birgə görüləcək işlər, qarşıda duran vəzifələr müzakirə olunub.
İlk şərhi yaza bilərsiniz