Press "Enter" to skip to content

MEK Xocalı soyqırımına həsr olunmuş virtual sərgi təqdim edib

MEK Xocalı soyqırımına həsr olunmuş virtual sərgi təqdim edib

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş virtual sərgini təqdim edir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə qeyd edilir ki, “MEK-in fondlarında saxlanılan nəşrlər əsasında hazırlanan sərgidə Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin soyqırımla əlaqəli çıxışları, Birinci vitse-prezident Mehriban Əliyevanın və “Xocalıya Ədalət!” kampaniyasının təşəbbüskarı Leyla Əliyevanın dəyərli fikirləri yer alıb. Bundan əlavə, Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal antiterror tədbirləri nəticəsində Xocalı şəhərinin separatçılardan azad olunmasından sonra Prezident İlham Əliyev tərəfindən Xocalı şəhərində Azərbaycan bayrağının ucaldılması, həmçinin 26 fevral 2024-cü ildə Xocalı Soyqırımı Memorialının təməlqoyma mərasimindən görüntülər, Xocalı soyqırımının faciəvi və dəhşətli səhifələrini əks etdirən məlumatlar, müxtəlif dillərdə kitab və jurnallar təqdim olunur”.

Sonra xəbərdə, “sərgidə “Xocalıya ədalət!”, “Xocalı soyqırımı”, “Azərbaycan faciələrinin təqvimi”, “Xocalı şahidləri danışır”, “Azərbaycanlıların soyqırımı. Tarixin qanlı salnaməsi”, “Soyqırımı tarixinin dastanı”, “Xocalı ensiklopediyası”, “Xocalı şəhidləri 613”, “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” IV beynəlxalq elmi konfransın materialları və digər nəşrlər nümayiş olunur” deyə bildirilir.

Qeyd edək ki, oxucular virtual sərgi ilə yanaşı, MEK-də təşkil olunmuş ənənəvi sərgi ilə də yaxından tanış ola bilərlər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.