BAYRAQDAR MEDİA – Karsda Xocalı soyqırımı şəhidləri yad edilib.
Bu barədə karsmanset.com saytı məlumat yayıb.
Bildirilib ki, “Kafkas Universiteti Heydər Əliyev Təlim Mərkəzində təşkil edilən anma proqramında Azərbaycanın Karsdakı Baş Konsulluğu və Kafkas Universiteti ilə əməkdaşlıq çərçivəsində keçirilən mərasim Xocalı soyqırımında həyatını itirən 650 Azərbaycan türkünün xatirəsi anılıb. Mərasimdə Azərbaycanın Kars baş konsulu Zamin Əliyev, Kafkas Universitetinin rektoru Prof. Dr. Hüsnü Kapu, Kafkas Universitetinin prorektoru Prof. Dr. Selcuk Ural, Kars Bələdiyyə Başçısı Prof. Dr. Ötüken Şenger və Kafkas Universiteti Türk Dili və Ədəbiyyatı Bölməsinin müdiri Prof. Dr. Mitat Durmuş qatılıb. Rəsmilər çıxışlarında Xocalı soyqırımını qətiyyətlə pisləyib, qətliamda həyatını itirənlərin xatirəsinin yaşadılmasının vacibliyini vurğulayıblar”.
Məlumata görə, mərasimdə edilən çıxışlarda Xocalıda baş verənlərin təkcə Azərbaycanın deyil, bütün türk dünyasının ortaq ağrısı olduğu bildirilib: “Baş konsul Zamin Əliyev Xocalı soyqırımının bəşər tarixində qara iz qoyduğunu bildirib. O, deyib ki, “biz bu vəhşiliyi unutmayacağıq, unudulmasına imkan verməyəcəyik”. Kafkas Universitetinin rektoru Prof. Dr. Hüsnü Kapu isə bildirib ki, universitet olaraq Türkiyə və Azərbaycan xalqları arasında qardaşlıq bağlarının möhkəmlənməsi istiqamətində fəaliyyətlərini davam etdirəcəklər”.
İlk şərhi yaza bilərsiniz