BAYRAQDAR MEDİA – Fevralın 26-da İran parlamentinin plenar iclasında etnik qruplar üçün məktəblərdə ana dili və ədəbiyyatının tədrisi planı 130 əleyhinə, 104 lehinə və 5 bitərəf rəylə təsdiq olunmayıb.
Xəbəri “Azad İran” Telegram kanalı yayıb.
Xəbərə əsasən, “parlament nümayəndələri bu plana qarşı çıxsalar da İran Konstitusiyasının 15-ci maddəsinə görə, İranda yerli və etnik dillərin fars dili ilə yanaşı işlənməsinə, mətbuat, kütləvi informasiya vasitələrinə və milli ədəbiyyatın məktəblərdə tədrisinə icazə verilir”.
İlk şərhi yaza bilərsiniz