Press "Enter" to skip to content

İndi də Avropa göz dikib

Bayraqlar

Avropadan Ukraynaya qiymətli metallar üzrə əməkdaşlıq təklifi

BAYRAQDAR MEDİA – ABŞ Prezidenti Donald Trampdan sonra bu dəfə də Avropa Ukraynanın təbii sərvətlərinə göz dikib. Düzdür Tampdan fərqli olaraq Avropa bunu daha mülayim formada istəyir.

Belə ki, Avropa Komissiyasının sənaye strategiyası üzrə komissarı Stefan Sejourne Ukrayna hökumətinə Ukraynanın qiymətli metalları ilə bağlı qarşılıqlı faydalı saziş təklif edib. Təklif Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə fevralın 24-də Kiyevə səfəri zamanı səsləndirilib.

Kırım Haber Ajansının Fransada yerləşən AFP-yə isinadən yayadığı xəbərinə görə, Stefan “Avropanın ehtiyac duyduğu 30 qiymətli metaldan 21-ni Ukrayna qarşılıqlı faydalı tərəfdaşlıq çərçivəsində təmin edə bilər. Avropanın təklif etdiyi əlavə dəyər ondan ibarətdir ki, biz heç vaxt qarşılıqlı faydalı olmayan razılaşma tələb etməyəcəyik” deyib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.