BAYRAQDAR MEDİA – Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da qardaş Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğana zəng edib.
Xəbəri Prezidentin mətbuat xidməti yayıb.
Bildirilir ki, İlham Əliyev həmkarına ad günü münasibəti ilə təbriklərini çatdırıb, qardaş ölkənin inkişafı naminə fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.
Recep Tayyip Erdoğan göstərilən diqqətə və təbrikə görə təşəkkür edib.
“Dövlət başçıları ölkələrimiz arasında “Bir millət – iki dövlət” prinsipinə əsaslanan dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirərək, əlaqələrimizin perspektivləri, gələcək təmaslar və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar”, – deyə xəbərdə bildirilir.
İlk şərhi yaza bilərsiniz