BAYRAQDAR MEDİA – Yalova İl Mədəniyyət və Turizm müdiri Ziya Karatekin Yalova Milli Sənədli Filmlər Festivalına dəstək olanlara təşəkkürnamələr təqdim edib.
Bu barədə yalovagazetesi.com saytı məlumat yayıb.
Bildirilib ki, “23-26 oktyabr 2024-cü il tarixlərində Yalovada ilk dəfə təşkil edilən Yalova Milli Sənədli Filmlər Festivalında əməyi keçənlərə təşəkkürnamələrin təqdim edilməsi davam edir. Son olaraq Yalova valisi Hülya Kayanın təşəkkür sertifikatı ilə təltif olunan Güneyköy Muxtarı Mehmet Emin Baysal, ənənəvi kağız rəssamı Bahri Dəniz və xəttatlıq sənətçisi Yəhya Kalenderənin sənədləri Yalova İl Mədəniyyət və Turizm Müdiri Ziya Karatekinə təqdim edilib”.
İlk şərhi yaza bilərsiniz