Press "Enter" to skip to content

Addım-addım dəyişim

Hasan Öztürk

Hasan Öztürk: AK Parti qurultayı bir daha sübut etdi ki, Recep Tayyip Erdoğanın siyasəti radikalizmə deyil, təkamülə əsaslanır

BAYRAQDAR MEDİA – “Hələ qurultaydan oncə BAYRAQDAR MEDİA-ya açıqlamamızda qeyd etmişdik ki, “səkkizinci qurultaydan çox böyük gözləntilər var. Qurultaydan sonra Türkiyə cəmiyyəti özünü həm kadrlar, həm də zehni olaraq yeniləməyi planlaşdıran proqrama malik yeni bir AK Partini görəcək”. Göründüyü kimi gözləntilər özünü doğrultdu”.

AK Partinın 8-ci qurultayının tarixi açıqlanıb

Bunu qardaş Türkiyədə fəaliyyət göstərən “Ülke” TV-nin rəhbəri, tanınmış jurnalist Hasan Öztürk AK Partinin 8-ci qurultayı ilə bağlı BAYRAQDAR MEDİA-ya dəyərləndirməsində bildirdi.

Qeyd edək ki, bu qurultayla, qəbul edilən qərarlarla bağlı müxtəlif fikirlər səsləndirilir. Xüsusilə də AK Partinin yeni transferlər və irəliyə çəkdiyi şəxslərlə daha millətçi bir xəttə doğru irəlilədiyi vurğulanır. Bu məqamla bağlı Hasan Öztürkün açıqlamasını növbəti günlərdə təqdim edəcəyik. İndi isə ümumlikdə qurultaydan çıxan nəticələrə toxunaq.

Recep Tayyib Erdoğan AK Partini təkmilləşdirərək onu bir daha yenilədi

Beləliklə, H.Öztürk “qurultayın ümumi dəyərləndirilməsi onu deməyə əsas verir ki, Recep Tayyib Erdoğan AK Partini təkmilləşdirərək onu bir daha yenilədi. AK Parti gözlənilən qurultayını keçirərək “dəyişiklik” prosesini tamamladı. Ümumiyyətlə, AK Parti qurultayı bir daha sübut etdi ki, Recep Tayyip Erdoğanın siyasəti radikalizm deyil, təkamülə əsaslanır” dedi.

Müsahibimizin sözlərinə görə, 2024-cü il martında keçirilən yerli seçkilərdən sonra R.T.Erdoğan əvvəlcə partiyasına qarşı bütün təzyiqlərə tab gətirdi, sonra onları yumşalddı və sakitləşdirdi: “Nəhayət, o, zamanla partiyasında bir çox dəyişikliklər etdi. 24 iyun 2024-cü ildə Kızılcahamam düşərgəsi ilə başlayan il, rayon və böyük şəhər qurultaylarında baş verən dəyişiklik Böyük Qurultayda mütənasib şəkildə əks olundu. AK Parti Merkez Karar Yürütme Kurulunda (MKYK) (MKYK) 39 nəfər yeniləndi, 36 nəfər öz yerini qorudu. Merkezi Yürütme Kurulunda (MYK) da dəyişikliklər oldu”.

3 nəsil bir arada

H.Öztürk əlavə etdi ki, AK Parti ənənəsini davam etdirdi: “3 nəsli bir arada saxlayan üsul davam etdi. Tədricən bir dəyişiklik baş verdi. Öz yerlərini daha da möhkəmləndirənlər arasında sədr müavini Efkan Ala və partiyanın sözçüsü Ömər Çelikin adını çəkə bilərik. Əvvəl MKYK-da olan və indi MYK-nın başqan yardımçıları olan insanlar da var. Məsələn, Hüseyn Yayman, Mustafa Demir. Onu da deyim ki, A komandasında partiyanın yeni üzvləri də yer alıb. Məsələn, İyi Partidən Kürşat Zorlu”.

“Dəyişməsi vacib olanlar” dəyişildi

Qeyd edildi ki, digər tərəfdən, “dəyişməsi vacib olanlar” da dəyişilib: “Məsələn, Erkan Kandemir və Hamza Dağ dəyişildi. Cümhurbaşqanı Erdoğan Ar-Ge rəhbəri Mustafa Şeni yerində saxlayarkən, Hamza Dağı araşdırmaçı Faruk Acarla əvəz etdi. F.Acar bir müddət AK Parti kampaniyalarında fəal rol almış, daha sonra İYİ Parti ilə birlikdə çalışmış bir araşdırmaçıdır. Mustafa Şen və Faruk Acarın birlikdə MYK-da olması “balanslaşdırma” kimi oxuna bilər. Eyüp Kadir İnanın baş katib təyin olunması Erdoğanın 3 nəsli bir arada saxlamaq strategiyasının tipik nümunəsidir. Əvvəllər partianın Gənclər Qolunun başqanı olmuş şəxs indi baş katibdir”.

“Bir sözlə, AK Parti yeniləndi. Dəyişiklikdə bu nəticə hasil oldu: AK Parti mərkəzçi partiya idi, bu dəyişikliklə həmin mövqeyini daha da gücləndirdi. AK Parti siyasətin mərkəzində daha da möhkəm dayanmaq üçün yeniləndi” deyə H.Öztürk sonda qeyd etdi.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.