Press "Enter" to skip to content

Xocalının Ballıca kəndinə daha 22 ailə köçürülüb

Mərasim zamanı

BAYRAQDAR MEDİA – Keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Xocalı rayonuna qayıdışı davam edir. Fevralın 24-də növbəti köç karvanı respublikanın müxtəlif şəhər və rayonlarından Xocalıya yola salınıb.Bu mərhələdə 95 nəfərlik 22 ailə artıq daimi yaşamaq üçün Ballıca kəndindəki fərdi yaşayış evlərinə yerləşdirilib.

Bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən BAYRAQDAR MEDİA-ya daxil olan bir məlumatda qeyd edilib.

Bildirilib ki, “Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra doğma yurdlarına qayıtmasına imkan yaranıb. Daha da gözəlləşən və abadlaşan Xocalı rayonuna köç edən sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə, torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib və bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər”.

Məlumata görə, Ballıca kəndində mənzillərin açarları təqdim edilib, onlara doğma torpaqlarında xoşbəxt həyat arzulanıb: “Bununla da bu günə qədər Ballıca kəndində 112 ailə, yəni 562 nəfərin daimi məskunlaşması təmin olunub”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.