BAYRAQDAR MEDİA – 1992-ci il fevralın 26-da Xocalıda baş verən qətliamın qurbanlarının xatirəsi qardaş ölkədə də anılacaq. Bununla bağlı Azərbaycanın Karsdakı Baş Konsulluğunun təşəbbüsü ilə anım proqramı təşkil ediləcək.
Bu barədə karsmanset.com saytı mələumat yayıb.
Məlumata görə, mərasim fevralın 25-də saat 11-00-da Kars Qafqaz Universitetinin Heydər Əliyev Mərkəzində keçiriləcək.