Press "Enter" to skip to content

Şagirdlər türkcə oxudu, məktəbin qurucusu sorğulandı

Şagirdlər türkcə oxudu, məktəbin qurucusu sorğulandı

BAYRAQDAR MEDİA – Təbrizdəki Kara qızlar və oğlanlar üçün məktəbinin təsisçisi xanım Bayramzadə təhlükəsizlik orqanı tərəfindən çağırılaraq məktəbin lisenziyasının ləğv ediləcəyi ilə hədələnib.

Xəbəri “Azad İran” Telegram kanalı yayımlayıb.

Bildirilib ki, məktəbin oğlanlar korpusunun rəhbəri xanım Əzimpuran və qızlar korpusunun rəhbəri xanım Rəsulivənd də çağrılıb. ETTELAAT-ın bu qanunsuz çağırışı Beynəlxalq Ana Dili Günündə Təbrizin Atlas ticarət kompleksində Kara məktəbinin qız və oğlan şagirdlərinin türkcə “Daşlı qala”, “Sudan gələn sürməli qız” və digər Azərbaycan mahnılarını oxuması ilə bağlıdır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.