Press "Enter" to skip to content

Orta Asiyanın turizm bazarı ilə əlaqələr genişləndirilir

Tədbirlər zamanı

BAYRAQDAR MEDİA – Azərbaycan Turizm Bürosu 18-24 fevral tarixlərində müvafiq olaraq Bakı, Daşkənd və Almatı şəhərlərində keçirilən “Luxury Travel Mart” (LTM) tədbirində iştirak edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, “tədbirlər çərçivəsində Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanın 25-dən çox aparıcı turizm şirkətləri və turoperatorları ilə görüşlər keçirilib, sənaye nümayəndələri ilə əməkdaşlıq imkanları müzakirə olunub. Premium turizm bazarına fokuslanan müzakirələr çərçivəsində Azərbaycanın beynəlxalq səviyyəli dağ-xizək, sağlamlıq və istirahət mərkəzləri, o cümlədən lüks turizm imkanları və biznes turizmi sektoru haqqında iştirakçılara məlumat verilib”.

Məlumata görə, ümumilikdə 2024-cü il ərzində Mərkəzi Asiya regionundan Azərbaycana səfər sayı 180 min 528 nəfər təşkil edib ki, bu da öz növbəsində 2023-cü illə müqayisədə 34 faizdən çox artımdır. “Azərbaycan Hava Yolları” (AZAL), “Air Astana”, “FlyArystan” və “Uzbekistan Airways”in Bakı ilə Almatı, Astana, Aktau, Daşkənd, Bişkek və Düşənbə arasında yerinə yetirdiyi birbaşa aviareyslər qarşılıqlı ziyarətçi sayının artırır və ölkələrarası əlaqələri gücləndirir.

Mission News Theme by Compete Themes.