Press "Enter" to skip to content

Iğdırda anlamlı görüş

Görüş zamanı

BAYRAQDAR MEDİA – Azərbaycanın dövlət qurumlarının rəsmilərindən ibarət İşçi Qrup İğdır Azərbaycan Evində görüş keçirib. Görüşdə məqsəd İğdırda yaşayan Azərbaycan Respublikası vətəndaşlarının problemlərini dinləmək və müxtəlif xidmətlər göstərmək məqsədi olub.

Bu barədə igdirhaber.net saytı məlumat yayıb.

Bildirilib ki, “görüş İğdırda yaşayan Azərbaycan vətəndaşları üçün mühüm fürsət olub. Görüşdə Diaspor Komitəsi və Xarici İşlər Nazirliyinin rəsmiləri ilə yanaşı, Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev və müavinləri də iştirak edib”.

Məlumata görə, İqdırda yaşayan Azərbaycan vətəndaşları görüşdə qarşılaşdıqları problemləri səlahiyyətlilərə çatdırıblar: “Pasport, şəxsiyyətin yenilənməsi kimi məsələlərlə bağlı problemlər vətəndaşların səsləndirdiyi əsas məsələlərdən olub. Azərbaycan rəsmiləri də vətəndaşların problemlərinə biganə qalmayıb, şad xəbərlər veriblər. Belə ki, yaxın vaxtlarda komandanın gəlib pasport və şəxsiyyət vəsiqəsinin müddəti bitmiş vətəndaşların sənədlərini yeniləyəcəyini açıqlanıb. Bu xəbər görüşdə iştirak edən vətəndaşlar tərəfindən müsbət qarşılanıb. Səlahiyyətlilər İğdırda Azərbaycan vətəndaşları ilə güclü ünsiyyət qurmağa davam edəcəklərini və həll yönümlü işlərinə davam edəcəklərini bildiriblər”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.