BAYRAQDAR MEDİA – Rəşt şəhərində yaşayan Güney Azərbaycanlı milli fəal və keçmiş siyasi məhbus Vədud Əsədi Tehran Prokurorluğunun Məhkəmə Hökmlərinin İcrası İdarəsinin 1 saylı bölməsinə çağırılıb.
Xəbəri “Azad İran” Telegram kanalı Güney Azərbaycan Demokratik Türk Birliyinə istinadla yayıb.
Xəbərə əsasən, milli fəal bununla bağlı sosial media hesabında paylaşım edərək yazıb ki, çağırış barədə ona elektron bildiriş göndərilib. V.Əsədinin prokurorluğa çağırılmasının dörd illik həbs cəzasının icrası ilə əlaqəli olduğu ehtimal edilir.
Qeyd edək ki, V.Əsədiyə bundan əvvəl “ölkənin milli təhlükəsizliyinə qarşı zərbə vurmaq üçün əlbir olmaq”, “dövlət quruluşuna qarşı əleyhinə təbliğat”, “müxalif qruplara üzv olmaq” və “rəhbəri (Xameneyini) təhqir etmək” ittihamları ilə 5 il 6 ay həbs cəzası verilmişdi. Ancaq bir müddət öncə onun barəsində irəli sürülən bir neçə ittiham qaldırılıb və 4 illik həbs cəzası isə qüvvədə saxlanılıb.
İlk şərhi yaza bilərsiniz