Press "Enter" to skip to content

Azərbaycan “Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi”nə üzv olub

Azərbaycan "Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi"nə üzv olub

BAYRAQDAR MEDİA – NATO Müttəfiq Transformasiya Komandanlığında Azərbaycan, Portuqaliya, Rumıniya, Türkiyə və Yunanıstan nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.

Xəbərdə deyilir ki, “tədbirdə Azərbaycanın ilk dəfə “Dəniz Təhlükəsizlik Mükəmməlliyi” (DGMM/MARSEC COE) mərkəzinə üzv qəbul edilməsi ilə bağlı texniki saziş imzalanıb. Sözügedən mərkəzin əsas fəaliyyət istiqaməti üzv ölkələrin dəniz təhlükəsizliyinin təmin edilməsi üçün iştirakı, eləcə də digər ölkələrin bu sahədə öhdəliklərə təşviq edilməsi məqsədini daşıyır”.

Sonra xəbərdə, “imzalanmış texniki razılaşma sənədinə əsasən, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi həmin mərkəzdə 3 il müddətində Azərbaycanı təmsil edəcək. Bu tənzimləmə sənədinə uyğun olaraq NATO-nun “Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi”ndə (DGMM/MARSEC COE) Azərbaycan bayrağı dalğalanacaq və burada Azərbaycanın bir təmsilçisi daimi fəaliyyət göstərəcək” deyə qeyd olunur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.